Siyasət

Moskva taxıl dəhlizini bloklamaq üçün saxta bəhanədən istifadə edir

29 Oktyabr 2022 20:33
Baxış: 687

"Moskva taxıl dəhlizini bloklamaq üçün saxta bəhanədən istifadə edir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

"Biz Rusiyanın Qara dəniz Taxıl Təşəbbüsünü məhv etmək planları barədə xəbərdarlıq etmişdik. İndi Moskva milyonlarla insanın ərzaq təhlükəsizliyini təmin edən taxıl dəhlizini bloklamaq üçün saxta bəhanədən istifadə edir. Mən bütün dövlətləri Rusiyadan aclıq oyunlarını dayandırmağı və öhdəliklərini yerinə yetirməyi tələb etməyə çağırıram", Ukrayna XİN başçısı vurğulayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ölkənin iyulda İstanbulda BMT Türkiyə və Ukrayna ilə əldə olunmuş taxıl müqaviləsində iştirakını dayandırdığını bəyan edib. Nazirlik qərarın "Rusiyanın Qara dəniz donanmasına qarşı bu gün Ukraynanın həyata keçirdiyi hücum"a görə verildiyini bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.