Siyasət

Ukraynalı uşaq Ərdoğandan bunu istədi

29 Oktyabr 2022 19:13
Baxış: 1 312

Ukraynada 8 yaşlı Jenya adlı uşağın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazması gündəm olub.

Uşaq Ərdoğandan Ukraynaya 1 ədəd də olsa "Bayraqdar TB2" PUA-sını göndərməsini xahiş edib.

"Cənab Prezident Ərdoğan! Mənim adım Jenyadır, 8 yaşım var. Qəhrəman şəhər İrpendənəm. Sizdə "Bayraqdar" var. Onlar müharibə üçündür. Bizdə də müharibə davam edir. Bizim qələbəmiz üçün, uşaqlar ölməsin deyə ən azı 1 "Bayraqdar" sizdən rica edirəm. Təşəkkür edirəm. Yaşasın Ukrayna!", - məktubda yazılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.