Siyasət

Paşinyan: Azərbaycanla münasibətlərin qurulması razılaşdırılıb

28 Oktyabr 2022 10:24
Baxış: 1 804

Ermənistan Rusiya tərəfindən Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətləri müəyyən edən baza prinsipləri və parametrlər əsasında çalışmağa sentyabrın əvvəlində razılıq verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün "Twitter" hesabında bildirib.

Paşinyan vurğulayıb ki, Ermənistan Soçidə bunu təsdiq etməyə hazırdır.

"Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək", - Ermənistan Baş naziri əlavə edib.

Qeyd edək ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.