Siyasət

Kiyev “çirkli bomba” yaratmaq üçün “Toçka-U”ya nüvə yanacağı yükləyə bilər - Putin

27 Oktyabr 2022 21:48
Baxış: 818

"Rusiya ukraynalıların harada "çirkli bomba" hazırladığını təxmini bilir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya Klubunun plenar iclasında bildirib.

Putin qeyd edib ki, Kiyev "çirkli bomba" yaratmaq üçün "Toçka-U"ya nüvə yanacağı yükləyə bilər:

"Kiyev "çirkli bomba"nın hazırlanmasının izlərini ört-basdır etmək üçün hər şeyi edir".

Rusiya Prezidenti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin "çirkli bomba" xəbərlərini yoxlamaq üçün Ukraynaya səfərini dəstəklədiyini də söyləyib.

Putin müdafiə naziri Sergey Şoyquya Ukraynanın "çirkli bomba" ilə təxribatı barədə həmkarlarına məlumat verməyi şəxsən tapşırdığını da bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.