Siyasət

Ərdoğanın sözçüsü Ermənistanı təriflədi - səbəb...

18 Oktyabr 2022 23:34
Baxış: 1 584

"Türkiyə - Ermənistan münasibətlərinin normallaşması prosesində müsbət irəliləyiş var".

Milli.Az baku.tv-yə istinadən bildirir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın "A Haber"ə müsahibəsində bildirib.

O qeyd edib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesində yeni addımların atılacağına inanır.

"Nikol Paşinyan bütün çətinliklərə, müxalifətin və diasporun təzyiqinə baxmayaraq, bu prosesi yaxşı idarə edir", - deyə o bildirib.

"Erməni diasporu bu prosesə dəstək olmalıdır. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması ən çox Ermənistanın xeyrinə olacaq", - deyə İ.Kalın əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.