Siyasət

Fransadakı erməni diasporu Azərbaycanla münasibətlərinin normallaşmasının əleyhinədir

9 Oktyabr 2022 20:16
Baxış: 855

Fransadakı erməni diasporu Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması prosesinə qarşıdır.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Strasburqda Türkiyə vətəndaşları ilə görüşündə deyib.

O qeyd edib ki, bu diasporun üzvləri yaxşı münasibətlərin qurulmasına qarşıdırlar və düşmənçiliyi dəstəkləyirlər. Nazir Fransada yaşayan türkləri bununla mübarizə aparmağa çağırıb.

Çavuşoğlu qeyd edib ki, Türkiyə-Amerika Koordinasiya Komitəsi də erməni diasporunun Türkiyə və türk xalqına qarşı böhtanlarına qarşı uğurla mübarizə aparıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.