Siyasət
Aydın Mirzəzadə: "Müxalifətin məqsədi kütləvi aksiya yox, şou göstərməkdir"
12 May 2010 12:17
Baxış: 206
Qanun tələblərinə görə, kütləvi aksiyalar keçirmək müxalifətin hüququdur. Bununla bağlı sadəcə, qanunda göstərilmiş prosedurları gözləmək lazımdır.
Bu sözləri Milli.Az xəbər portalına Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə yaxın 10 gün ərzində müxalifətin iki kütləvi aksiya keçirmək planlarına münasibət bildirərəkən deyib.
"Müxalifətin kütləvi aksilayar keçirmək hüququ həmişə qanunla qorunub və qorunacaq. Bu normal bir haldır. Amma iş burasındadır ki, müxalifət əsasən seçki öncəsi dövrlərdə aksiyalar keçirməyə və bunu siyasi şouya çevirməyə cəhd edir. Daha çox konflikt yaratmağa və hüquq mühafizə orqanları ilə daha çox toqquşmaya getməyə, daha sonra bunları guya insan hüquqlarının pozulması kimi qələmə verməyə çalışırlar"- deyə o, bildirib.
YAP Siyasi Şurasının üzvü hesab edir ki, müxalifət bu kimi addımlarla öz mövcudluğunu kimlərinsə yadına salmağa çalışır. "Ya da mənbəyi cəmiyyətə bəlli olmayan, amma özlərinə yaxşı bələd olan yerlərdən qrant alıb, fəaliyyət göstərdiklərini onlara nümayiş etdirmək istəyirlər."
Millət vəkili bildirib ki, müxalifətin əsas məqsədi kütləvi aksiya keçirmək deyil. "Onların əsas məqsədi toqquşma yaratmaq, şou göstərmək və sonra beynəlxalq təşkilatlara şikayət etməkdir."
A.Mirzəzadə müxalifətin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ayrılan yerlərdə icazəli aksiyalar keçirməkdən imtina etməsinə də toxunub. "Əgər aksiyalarını həmin yerlərdə keçirməyə razılıq versələr, nə qədər zəif olduqları ortaya çıxacaq. Çünki aksiyaya heç olmasa bir neçə yüz adam çıxarmaq lazımdır ki, bunu edə bilməyəcəklər. Aksiyada ciddi əsaslandırılmış, cəmiyyətin diqqətini cəlb edə biləcək şüarlar səsləndirilməlidir, bunlar da bizim müxalifətdə yoxdur. Digər tərəfdən, qanunun tələblərinə uyğun aksiyalar keçirsələr, onların əlində kimlərisə ittiham etməyə bəhanə qalmayacaq. Qanunsuz aksiyalarla, hüquq-mühafizə orqanlarıyla toqquşmaya cəhd etməklə, onların nəzərincə, nəsə əldə edirlər. Ancaq bütün bunlar cəmiyyətə maraqlı deyil. Cəmiyyətin problemlərini həll etmək üçün ortaya ciddi proqramlar qoymaq lazımdır"- deyə millət vəkili bildirib.
Yaşar
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
-
Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
-
Azərbaycan XİN BƏƏ-də baş vermiş yol qəzası ilə bağlı başsağlığı verib
-
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan üç bəyanatına qoşulmadı - XİN
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
XƏBƏR LENTİ
-
Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr
-
Çiçək və ya şabalıd deyilmiş - Ən sağlam bal açıqlandı
-
Kərə yağını kimlər yeməməlidir? – Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Millimiz Lixtenşteynə qalib gəldi
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb - (Foto)
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
-
Təkcə bir bölümə milyon dollar alırlar - Siyahı
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Günün qoroskopu: Kiçik səhvləri faciəyə çevirməyin
-
"Sən mənim başımı yerə soxmusan" deyib hamilə bacısı bıçaqladı - Yenilənib - (Video)
-
“Sehrli xalat”ın Rəşidi niyə gülə bilmirdi? – Məşhur filmin kamera arxası - (Foto)
-
Ərini öldürüb basdırdı, üzərində güllər əkdi
-
Rusiyada ağır qəzada azərbaycan vətəndaşı həlak oldu - (Video)
-
83 yaşlı Robert De Niro 47 yaşlı xanımı ilə - (Foto)
-
Sumqayıtda zavodda bıçaqlanan şəxs mühafizəçi imiş
-
Yük avtomobili ilə sürücülərin həyatını risk altına atanların məsuliyyəti nədir? - (Video)