Siyasət

Hərbi prokuror: "Ermənistan silahlı qüvvələrinin cinayətləri ilə bağlı istintaq davam etdirilir"

30 Sentyabr 2022 08:30
Baxış: 683

Ermənistan silahlı qüvvələrinin xalqımıza qarşı cinayətləri ilə bağlı istintaq davam etdirilir.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.

"Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Onu da qeyd etmək lazımdır ki, 9 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda "Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər və onların ağır nəticələri" mövzusunda elmi-praktiki konfrans da keçirilib", - X.Vəliyev qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.