Rusiyanı dayandırmağın yeganə yolu – “Başqa alternativ yoxdur"
"Vaşinqton və London Kremlə açıq şəkildə deməlidirlər ki, Rusiya Ukraynaya nüvə silahı atsa, ABŞ və Böyük Britaniya Rusiya ərazisinə nüvə silahı atacaq. Rusiyanı dayandırmağın başqa alternativi qalmayıb".
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiya-Ukrayna müharibəsi ətrafındakı son gəlişmələrə diqqət çəkib:
"Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev artıq neçənci dəfə dəfədir ki, dünyanı nüvə silahıyla hədələyib. Onun fikrincə, Rusiya Ukraynaya nüvə silahı atsa, NATO qarışmayacaq.
O bildirib ki, Vaşinqton, London və Brüsselin təhlükəsizliyi NATO üçün "heç kimə lazım olmayan Ukrayna"nın taleyindən daha önəmlidir: "ABŞ və Avropa demaqoqları nüvə apokalipsisində ölməyi düşünmür. Ona görə istənilən silahın tətbiqinə göz yumacaqlar".
Medvedyev demək istəyib ki, Kreml Ukraynanı nüvə silahı ilə vuracaq, yüzminlərlə ukraynalı öləcək, şəhərlər dağılacaq, ekoloji fəlakət ətrafa yayılacaq və bu təxribatın - faciənin qarşılığında NATO ölkələri ancaq deyinəcək və Rusiyaya nüvə silahı atmayacaqlar.
Həqiqətənmi belə olacaq?
Ukraynaya nüvə silahı atan ölkə Polşaya, Baltik ölkələrinə və digərlərinə qarşı da eyni silahdan istifadə edəcək. Ona görə Rusiyanı dayandırmağın yolları tapılmalıdır. Vaxtında NATO Ukraynanı üzvlüyə qəbul etsəydi, indi Medvedyev rahat şəkildə Ukraynaya nüvə silahı atacağı fikrini səsləndirməzdi.
Vaxtilə ABŞ və Böyük Britaniya Ukraynanın SSRİ-dən qalma nüvə silahlarını Rusiyaya ötürülməsinə dəstək göstərdilər və bunun qarşılığında Ukraynanın ərazi bütövlüyünə təminat verdilər. Bu təminat boş çıxdı, Rusiya Krımı və Donbası ilhaq etdi, indi də Ukraynanın digər ərazilərini qoparmaqla məşğuldur. ABŞ və Böyük Britaniya Ukraynanı nüvə silahıyla təmin etsələr, Kremlin Ukraynanı nüvə silahıyla vurması gündəlikdən çıxacaq. Ya da Vaşinqton və London Kremlə açıq şəkildə deməlidirlər ki, Rusiya Ukraynaya nüvə silahı atsa, ABŞ və Böyük Britaniya Rusiya ərazisinə nüvə silahı atacaq. Rusiyanı dayandırmağın başqa alternativi qalmayıb".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)





