Qırğızıstan və Tacikistan razılığa gəldi
Tacikistan və Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin (QKNB) sədrləri sərhəddə vəziyyətin sabitləşdirilməsi və iki dövlət arasında sülhün bərqərar edilməsi haqqında protokol imzalayıblar.
Bu barədə Turmush agentliyi Qırğızıstan departamentinin rəhbəri Kamçıbek Taşiyevə istinadən məlumat yayıb.
"Protokolun əsas mahiyyəti vəziyyətin sabitləşdirilməsi və iki ölkə arasında sülhün bərqərar olması, vəziyyətin nizamlanması istiqamətində işdir. Qırğızıstan tərəfdən mən, Tacikistan tərəfdən isə Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saimumin Yatimovu sənədi imzaladıq", - deyə Taşiyev bildirib.
O, həmçinin qeyd edib ki, Batken bölgəsində (Qırğızıstanın - red.) vəziyyət "tədricən" sabitləşir.
Bundan əvvəl Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov Tacikistanla münaqişə nəticəsində ölkəsinə 17 milyon dollara yaxın maddi ziyan dəydiyini bildirmişdi.
Sentyabrın 16-da səhər saatlarında Qırğızıstan və Tacikistan sərhədində növbəti gərginlik baş verib. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. Sərhədin demək olar ki, bütün perimetri boyu bütün gün şiddətli döyüşlər gedib və atəşkəsə yalnız gecədən sonra nail olunub. Sentyabrın 17-də səhər saatlarında vaxtaşırı toqquşmalar yenidən başlayıb. Qırğızıstan tərəfinin məlumatına görə, döyüşlər nəticəsində 59 ölkə vətəndaşı həlak olub, 163 nəfər yaralanıb. Tacikistan 41 nəfərin öldüyünü və onlarla insanın yaralandığını bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
Su şüşələrindəki xətlərin səbəbi bəlli oldu
-
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər





