Siyasət

Putinə sui-qəsd təşkil olunub - İddia

15 Sentyabr 2022 00:57
Baxış: 3 387

İngiltərənin "The Sun" qəzeti Rusiya Prezidenti Vladimir Putinin avtomobilinə bombalı hücumun təşkil edildiyini iddia edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, xəbərdə Kreml rəsmisinin açıqlamalarına əsaslanaraq, Putinin maşınının sol ön təkərinin olduğu əraziyə bomba qoyulduğu, tüstünün qalxdığı anlarda Rusiya liderinin avtomobildən ehtiyat kortejə aparıldığı bildirilib.

Təhlükəsizlik xidməti tərəfindən çoxsaylı həbslərin olduğu deyilir.

Hələlik Kremldən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.