Siyasət

Putinin qərarından sonra Şoltsla Makron bundan əl çəkdi

10 Sentyabr 2022 08:07
Baxış: 512

Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinin AB-yə cavab sanksiyaları tətbiq etmək qərarından sonra soyuqqanlı olmaqdan əl çəkiblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan ölkələrinə səfərdən qayıdarkən deyib.

Onun sözlərinə görə, görüşlərdə istilik və atom elektrik stansiyalarını bağlayacaqlarını, bərpa olunan enerji mənbələrinə keçəcəklərini bildiriblər:

"Bir ay keçməmiş Almaniya dərhal istilik elektrik stansiyalarının mühüm hissəsi olan Ruhr hövzəsini açmağa qərar verdi. Xoşbəxtlikdən bizim hələlik belə bir problemimiz yoxdur".

Ərdoğan Avropanın heç də nəzərdə tutulduğu kimi rahat və dinc davranmadığını, tamam başqa istiqamətə hərəkət etdiyini söyləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.