Siyasət

Ukrayna Xəzərdən atılan 5 raketi vurdu

6 Sentyabr 2022 21:07
Baxış: 897

Ukrayna Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında daha bir Ka-52 helikopterini məhv ediblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna ordusunun Hərbi Hava Qüvvələri komandanlığının spikeri Yuri İqnat deyib.

"Səhər şad xəbərlə başlayır. İşğalçıların daha bir Ka-52 helikopteri ordumuzun zenit-raket qüvvələri tərəfindən vurulub. Eyni zamanda, yüksək dəqiqlikli Xa-101 sinifli 6 raketdən 5-i məhv edilib. Onlar Tu-95 təyyarələri vasitəsilə Xəzər dənizinin şimalından atılıb", - o bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.