Siyasət

Ermənistan Respublika Partiyası: “Ən pis proqnozlar özünü doğruldur”

1 Sentyabr 2022 22:24
Baxış: 917

"Bütün ən pis proqnozlar gerçəkləşməkdə davam edir".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bunu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan yerli news.am saytına müsahibəsində deyib.

Armen Aşotyan görüşdən öncə Hikmət Hacıyevin Brüsseldən sülh müqaviləsinin hazırlanması üçün işçi qrupunun yaradılmasını gözlədiklərini söylədiyini xatırladıb.

"Görüşdən sonra Ermənistan hökuməti mətbuata açıqlama yayaraq bizi çaşdırmağa, guya Qarabağ problemindən danışdıqlarını söyləməyə başladılar. Əslində isə Bakının tələbləri yerinə yetirilir: xarici işlər nazirlərinə bir ay ərzində layihəni, yəni işçi qrupunu müzakirə etmək tapşırılıb", O, deyib.

Armen Aşotyanın iddiasına görə, Nikol Paşinyan hökuməti bununla Qarabağdan qurtulmaq istəyir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.