Siyasət

Türk Dövlətləri Təşkilatı Laçınla bağlı bəyanat yayıb

26 Avqust 2022 23:52
Baxış: 820

Türk Dövlətləri Təşkilatının Katibliyi 9-10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamənin icrasının davamı kimi Laçın şəhərinin, Zabuh və Sus kəndlərinin Azərbaycana qaytarılmasını alqışlayır.

Bu barədə Milli.Az təşkilatın baş katibi Bağdad Amreyevin bəyanatına istinadən xəbər verib.

Təşkilat qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini və sadiqliyini bir daha təsdiq edir və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazır olduğunu bildirib.

Təşkilat diplomatik səylərin vacibliyini vurğulayır və Cənubi Qafqazda sülh və sabitliyə, məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtmasına xidmət edəcək Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına tərəfdardır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.