Laçındakı ermənilər özlərinə "QƏSD EDİR" - Vandalizm, yoxsa...
"Sabit sülhün başlanmasının bir neçə mərhələsi mövcuddur".
Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, Ermənistan yol verdiyi təxribatlarla Azərbaycanın səbrini daşırmağa çalışır:
"Yaxınlaşma, ilk növbədə, qərar qəbul edənlər, diplomatlar, dövlət idarəçiləri və barışıq axtarışı ilə məşğul olan hərbçilərlə məhdudlaşan elitar bir fenomendir. Sonraki mərhələ isə barışıqla məşğul olan dövlətlər arasında ictimai inteqrasiyanın dərinləşməsini nəzərdə tutur. Bu baxımdan dövlətimizin başçısı bildirir ki, bölgədə qalan ermənilər inteqrasiya edərək, bizim vətəndaşlarımız ola bilər. Amma hər hansı bir statusdan, ya xüsusi imtiyazdan söhbət belə gedə bilməz. Hər bir Azərbaycan vətəndaşı necə, onlar da elə.
Bu yaxınlaşma isə sosial bazanı daha da genişləndirə bilər. Sözügedən dövlətlər arasında müntəzəm əlaqə üst səviyyə idarəçilərdən başlayaraq, özəl sektor elitalarına, biznes icmasına və adi vətəndaşlara sirayət edir. Daha sıx əlaqələrdən faydalanan maraq qrupları iqtisadi və siyasi maneələrin daha da azaldılması üçün sərmayə qoymağa başlayırlar ki, bu da barışıq prosesinə təkan verir. Dünya siyasi tarixində də belə praktikalar kifayət qədərdir. Bu baxımdan da dövlət başçımız Zəngəzur dəhlizini "sülhün fundamental elementlərindən biri" kimi xarakterizə edir.
Sabit sülh mümkündür. Düşmən tərəflər fikir ayrılıqlarını həll etdikdə və düşmənçiliyi ilk növbədə əməkdaşlıqla əvəz etdikdə, münaqişəni geridə qoymağa və sülhün izini genişləndirməyə nail olurlar. Bu yanaşma ruhlandırıcı amildir və tarixin gedişatını qaraltmış dağıdıcı müharibələrə alternativin olduğunu göstərir. Eyni zamanda, sabit sülh zonaları çox nadir və kövrəkdir. Strateji təmkinlilik təcrübəsi isə düşmənçilikdən geri çəkilmək və tədricən düşmənçilikdən çıxmaq üçün edilən səylərin zəruri şərtidir. Bir tərəfdə Ermənistan yol verdiyi təxribatlarla bu nadir və kövrək ipləri daha da nazildirsə, digər tərəfdə Azərbaycan siyasi iradə ortaya qoyur.
Liderimiz qarşılıqlı razılaşmaya qapı açmaq üçün kritik diplomatik vasitə kimi göstərdiyi səylərlə xoş niyyət nümayiş etdirir. Ermənilər təxribat törətsələr ki, dövlət və cəmiyyət olaraq özlərinin formalaşdırdığı imicə uyğun olaraq indiki mərhələdə hələ törətməmə ehtimalı sıfıra bərabərdir, o zaman itirən özləri olacaq. Onlar vaxt qazanmır, sadəcə itirirlər. Təxribat törətsələr yenə zaman-zaman unutduqları "Dəmir yumruq" hər dəfəsində daha bərk başlarına dəyəcək, yenə ondan-bundan imdad diləyəcəklər ki, biz də şərtləri daha sərt diqtə edəcəyik.
Dövlət başçımızın da vurğuladığı kimi heç kim onlara inanmır, çünki tarixi, siyasi, beynəlxalq hüquq prizmasından haqsızdırlar. Erməni internet televiziya kanallarından birində də artıq etiraf edildiyi kimi "...təkcə Ermənistanda yox, harada yaşamasından asılı olmayaraq, "günəş altında yer axtaran" ermənilər arasında öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın haqq işini başa düşənlərin sayı artmaqdadır". Bax, onların xeyrinə olan zaman ya da başqa bir amil deyil, yeganə bu artımsay ola bilər".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
XƏBƏR LENTİ
-
"“Fənərbağça” “Turan Tovuz”la oyuna görə pul alıb" – Emre Bol
-
İbrahim Borçalının evində şad gün (Foto)
-
Bu olsa, Kənan Yıldız "Real"a transfer olunacaq
-
Elgiz bağ evini nümayiş etdirdi - (Video)
-
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)





