Prezident İlham Əliyev: “Qisas” əməliyyatından sonra yüzlərlə erməni hərbçisi Qarabağ bölgəsindən çıxarılıb
"Qisas" əməliyyatından sonra yüzlərlə erməni hərbçisi Qarabağ bölgəsindən çıxarılıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib: "Biz müharibədə Zəfər çalmışıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Nə üçün bizim övladlarımız müharibədən sonra ölməlidir? Nə üçün ermənilər tərəfindən öldürülməlidir? Biz buna imkan verə bilmərik. Bir daha demək istəyirəm, əgər yenə də, buna oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq, daha da peşman olacaqlar, daha da gur səslə imdad diləyəcəklər. Amma yenə də deyirəm, bizim niyyətimiz yeni müharibə başlamaq deyil. Kifayətdir. Biz istədiyimizə nail olmuşuq. Biz istəyirik ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etsin. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq və nail oluruq.
Onu da bildirməliyəm ki, "Qisas" əməliyyatından sonra yüzlərlə erməni hərbçisi Qarabağ bölgəsindən çıxarılıb. Bu onu göstərir ki, əfsuslar olsun ki, belə əməliyyatların təsiri var. Ona görə "əfsuslar olsun" deyirəm ki, buna gətirib çıxarmaq lazım deyildi. Sadəcə olaraq, Ermənistan bizim xəbərdarlıqlarımızı düzgün təhlil edib düzgün nəticə çıxarsaydı, buna ehtiyac qalmazdı. Hər halda, birinci biz başlamamışıq. Biz istədiyimizi təmin etmişik, öz torpağımızda möhkəmlənmişik və möhkəmlənəcəyik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Peru Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev: Hərə deyir ki, mən qalibəm - VİDEO
-
Prezident İlham Əliyev: Hər gün gücümüz artır, imkanlarımız artır - VİDEO
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
-
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
-
Prezident İlham Əliyevin Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - VİDEO
XƏBƏR LENTİ
-
Son 10 ilin ən yaxşı 5 serialı
-
Hər gün 2 qaşıq yeyin, görün nə olur...
-
Ana və qızın müzakirə yaradan VİDEOsu - 51 yaşlı qadın qızını kölgədə qoydu
-
Avropanın 30 il axtardığı qadın həbs edildi
-
Bakı-Tbilisi-Bakı sərnişin qatarı Gürcüstan paytaxtından yola düşüb
-
"Çukur"un aktyoru yeni serialda - FOTO
-
“Kifayət qədər qol vura bilmədiyimizə görə narazıyam”
-
Defnenin özündən 23 yaş kiçik sevgilisi
-
Sabah Rəvan Qarayevin toyudur
-
İran Küveytə ballistik raket atıb
-
İran ordusu ABŞ ilə İsrailin istənilən hücumuna hazırdır - SEPAH
-
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
-
Niderlandda azərbaycanlı gənc faciəvi şəkildə öldü
-
Peru Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
5-ci sinif şagirdi vəfat etdi
-
"Qızım arzumu reallaşdırdı"
-
Prezident İlham Əliyev: Hərə deyir ki, mən qalibəm - VİDEO
-
Prezident İlham Əliyev: Hər gün gücümüz artır, imkanlarımız artır - VİDEO
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
-
Azərbaycan xurma ixracından 32 milyon dollardan çox gəlir əldə edib
-
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
-
FHN əhaliyə müraciət etdi
-
Avropa Komissiyası "Temu"nu cərimələdi
-
"Yalandan deyir ki, sənin adındır"





