Siyasət

Hamımız bütün Cənubi Qafqazın sabitliyi üçün addımlar atmalıyıq - Mövlud Çavuşoğlu

12 Avqust 2022 09:37
0 Şərh     Baxış: 740

"Biz Azərbaycanla koordinasiyadayıq. Onu da öyrənirik ki, bəzən Ermənistan bu məsələdə özünü narahat hiss edir. Ermənistanla normallaşma üzrə dialoqumuz ikitərəfli olsa da, hamımız bütün Cənubi Qafqazın sabitliyi üçün addımlar atmalıyıq. Ermənistan bu məsələdə bir az da cəsarətli olmalıdır, diqqəti yayındırmaq taktikasından əl çəkməlidir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu avqustun 8-də Ankarada işə başlayan "Müdrik və mərhəmətli türk diplomatiyası" mövzusunda keçirilən XIII Səfirlər Konfransının bağlanışı ilə bağlı mətbuat konfransında deyib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.