Siyasət

ABŞ Ukraynaya radar əleyhinə raketlər verib

9 Avqust 2022 08:38
0 Şərh     Baxış: 524

Pentaqon Ukrayna təyyarələri üçün radar əleyhinə raketlər verib.

Bu barədə CNN televiziyası məlumat yayıb.

ABŞ-ın müdafiə nazirinin müavini Kolin Kal bildirib ki, Pentaqon Ukraynaya "müəyyən miqdarda" belə raketlər verib. Raketlərin ABŞ-ın Kiyevə yardımı çərçivəsində verildiyini deyən Kal, onların modeli, miqdarı və verilmə vaxtını açıqlamayıb.

Digər mənbələr CNN-ə bildirib ki, söhbət AGM-88 (HARM) tipli yüksək sürətli raketlərdən gedir. 48 km məsafədən hədəfi vura bilən raketlər RLS sistemlərinə qarşı tətbiq edilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.