Siyasət

Ərdoğan sabah kabineti toplayır: masada nələr var?

31 İyul 2022 23:38
0 Şərh     Baxış: 1 480

Avqustun 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin iclasında Ukraynadan taxıl ixracına dair İstanbul sazişlərinin icrası və Ukrayna böhranının həlli perspektivlərinin müzakirəsi planlaşdırılır. Türkiyə hökumətinin iclasında iqtisadi məsələlərə və ölkədə koronavirusa yoluxma hallarının artmasına diqqət yetiriləcək.

Görüşdən sonra Türkiyə prezidenti xalqa müraciət edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.