Siyasət

Deputatların maaşı artırıldı

29 İyul 2022 15:50
Baxış: 4 003

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sənədə əsasən, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir:

21-ci maddə üzrə:

1.1.1. birinci, ikinci və altıncı hissələr ləğv edilir;

1.1.2. üçüncü hissədə "2475 manat miqdarında" sözləri "3550 manat məbləğində" sözləri ilə əvəz edilir;

1.1.3. beşinci hissədə "bir misli məbləğində" sözləri "iki misli həcmində" sözləri ilə əvəz edilir;

29-cu maddənin ikinci cümləsi çıxarılır.

Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.