Beynəlxalq Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində olublar - FOTO
Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə iyulun 22-də Şuşa şəhərində keçiriləcək Beynəlxalq Media Forumda iştirak məqsədilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olublar.
Milli.Az Trend-ə istinadən bildirir ki, 20-dək ölkədən olan xarici media nümayəndələri və ekspertlərdən ibarət heyətə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqda məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği, Azərbaycanın tarixi və mədəniyyətinin, milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin ölkəmizdə tanıdılması istiqamətində fəaliyyət göstərir. Mərkəzdə həmçinin Heydər Əliyev Muzeyinin yaradıldığı vurğulanıb. 2013-cü ildən fəaliyyət göstərən muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu haqqında foto və videomateriallar vasitəsilə maraqlı faktlar qonaqlara təqdim edilib. Məlumat verilib ki, mərkəzdə ümummilli liderin xatirəsinin əbədiləşdirildiyi Heydər Əliyev Muzeyi təşkil olunarkən burada onun həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Bu gün muzey həm də Heydər Əliyev irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
"Mini Azərbaycan" sərgisi ilə tanışlıq zamanı isə diqqətə çatdırılıb ki, bu ekspozisiyada Bakıda və Azərbaycan regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş etdirilir.
Sonra qonaqlar MEDİA-nın təbbir çərçivəsində təşkil etdiyi "Azərbaycan çap mətbuatı tarixinin inciləri" adlı sərgi ilə tanış olublar. Sərgidə 1920-ci ilədək nəşr edilən və ölkənin ictimai-siyasi həyatında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynayan mətbu nəşrlər haqqında məlumatlar, həmçinin müasir dövrdə ölkə ictimaiyyətinin maarifləndirilməsində xüsusi əhəmiyyətə sahib olan çap mətbuatı nümunələri nümayiş olunub. Bildirilib ki, sərginin keçirilməsində əsas məqsəd Beynəlxalq Media Forumun iştirakçılarının zəngin inkişaf yolu keçmiş tarixi və müasir mətbu nəşrlər, onların yaranma tarixi və əsasını qoyan şəxslər, o cümlədən ideoloji istiqamətləri haqqında məlumat almaq, həmçinin bu mətbu nəşrlərin ictimai-siyasi və mədəni həyata, milli-mənəvi oyanışa təsiri, xalqın maariflənməsi və dövrün yeniliklərinin oxuculara çatdırılması istiqamətindəki fəaliyyəti barədə məlumatlandırılmasıdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
XƏBƏR LENTİ
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Bakıda binada güclü yanğın söndürüldü - Yenilənib - Foto
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)





