Siyasət

YAP-a yeni sözçü təyin edilib

18 İyul 2022 09:37
Baxış: 1 054

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatında yeni kadr təyinatı olub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, Nurlan Qələndərli hakim partiyanın İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.

O, artıq vəzifəsinin icrasına başlayıb.

N.Qələndərli son təyinata qədər "Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru olub.

Xatırladaq ki, həmin vəzifədə bundan əvvəl Elməddin Quliyev çalışıb. O, bir müddət əvvəl səhhətində yaranan problemlə əlaqədar işdən çıxıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.