Siyasət

Rusiya ABŞ istehsalı silahların saxlama anbarını məhv etdi

12 İyul 2022 22:33
0 Şərh     Baxış: 702

Rusiya Silahlı Qüvvələri Dnepropetrovsk vilayətində ABŞ-dan Ukraynaya gətirilən HIMARS yaylım atəşli reaktiv sisteminin və M777 haubitsalarının döyüş sursatı olan anbarını məhv edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Dnepropetrovsk vilayətinin Raduşnoye yaşayış məntəqəsi yaxınlığında yüksək dəqiqlikli, uzaq mənzilli, dəniz bazalı "Kalibr" raketləri ABŞ-ın Ukraynaya verdiyi HIMARS yaylım atəşli reaktiv sistemləri, M777 haubitsaları və 2S7 "Pion" özüyeriyən silahları üçün sursat anbarlarını məhv edib", - Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.