Siyasət

Ukrayna ordusu rusların hücumun qarşısını aldı - Son durum

5 İyul 2022 22:44
0 Şərh     Baxış: 1 037

Ukraynada bir sıra yaşayış məntəqələrinin ərazilərində döyüşlər davam edir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının operativ məlumatında deyilir.

Xarkov istiqamətində düşmən əvvəllər ələ keçirdiyi xətlərdə müdafiə olunur. Ruslar Udı, Dementyevka, Novoe, Tsirkuni, Kutuzovka, Bazaleevka, Prişib, Şevelevka və Protopopovka yaşayış məntəqələrinin ərazilərini atəşə tutmaq üçün tank, minaatan, top və raket artilleriyasından istifadə ediblər.

Ruslar Sosnovka yaxınlığında hücum əməliyyatları həyata keçirsələr də, uğur qazana bilməyiblər.

Xarkov vilayətinə hava zərbəsi endirilib.

Bundan əlavə, Slavyansk istiqamətində ruslar öz bölmələrinin taktiki mövqeyini yaxşılaşdırmağa çalışır.

Donetsk istiqamətində rusların əsas məqsədi Baxmut-Lısıçansk yolunu nəzarətə götürmək və Beloqorovka qəsəbəsini tutmaqdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.