Malayziyanın baş naziri Türkiyəyə səfər edəcək
Malayziyanın baş naziri İsmayıl Sabri Yakob Türkiyədə dördgünlük səfər edəcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Malayziyanın Ankaradakı səfiri Sazali Mustafa Kamal "Bernama" agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Malayziya hökumətinin başçısı Ankaraya iyunun 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gələcək.
Dilomat qeyd edib ki, səfərin məqsədi ikitərəfli münasibətlərin və iqtisadi əlaqələrin möhkəmlənməsinə, eləcə də aerokosmik və müdafiə sənayesi sahələrində əməkdaşlığın inkişafına töhfə verməkdir.
Səfir əlavə edib ki, tərəflər pandemiyadan sonrakı dövrdə Türkiyə-Malayziya əməkdaşlığının perspektivlərini müzakirə edəcəklər.
O, iki liderin görüşünün Ankara ilə Kuala-Lumpur arasında əməkdaşlıq üçün daha da geniş imkanlar açacağına əminliyini ifadə edib.
Liderlər həmçinin Ukraynadakı vəziyyət və qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Səfir bildirib ki, baş nazir iyulun 6-da Türkiyənin ən böyük müdafiə və aerokosmik şirkətlərindən biri olan "Makina ve Kimya Endustrisi AŞ" və "Turkish Aerospace Industries"i ziyarət etməyi planlaşdırır.
Rəcəb Tayyib Ərdoğan və İsmayıl Sabri Yakob arasında görüş iyulun 7-si baş tutacaq. Baş nazir görüşdən sonra Türkiyə və Malayziya nümayəndə heyətləri arasında danışıqlarda iştirak edəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)





