Ceyhun Bayramov İran Prezidenti ilə görüşüb - FOTO
4 iyul 2022-ci il tarixində İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, İran Prezidenti Seyid İbrahim Rəisi noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını çatdırıb. Prezident Seyid İbrahim Rəisi, İranla Azərbaycan arasında əlaqələrin dərin köklərə sahib olduğunu bildirib və iki ölkə arasında mədəni və tarixi əlaqələrin xalqlarımızın istəyindən irəli gəldiyini söyləyib. Bundan sonra da əlaqələrin inkişafının təmin olunması üçün ticarət dövriyyəsinin artırılmasının zəruriliyini vurğulayan Prezident Seyid İbrahim Rəisi, ikitərəfli əlaqələrin regional əməkdaşlığa da öz töhfəsini verəcəyini qeyd edib.
Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud olan tarixi, dini və mədəni bağlardan söhbət açaraq əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Bu xüsusda, iki ölkənin Prezidentləri arasında qısa zamanda iki görüşün keçirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir Ceyhun Bayramov, iki ölkə Prezidentlərinin Aşqabadda keçirdiyi görüşdə əldə olunan razılıqlar və verilən tapşırıqlara müvafiq olaraq İranda öz həmkarı ilə faydalı danışıqların aparıldığını qeyd edib.
Nazir, həmçinin iki ölkə arasında energetika, nəqliyyat, kommunikasiya sahələrində həyata keçirilən birgə layihələrdən söz açıb. Bu xüsusda Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılmasının, o cümlədən işğaldan azad edilmiş ərazilərdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Regional sülh və təhlükəsizliyin təmin edilməsinin və bu istiqamətdə region ölkələrinin əməkdaşlığının vacib olduğu bildirilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
XƏBƏR LENTİ
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər





