Paşinyan yenə Bakını şərlədi və rusları ifşa etdi
Azərbaycan sülhməramlıların nüfuzunu aşağı salmaq istəyir, buna görə də erməni əsirləri geri qaytarmır.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü onlayn mətbuat konfransında deyib.
Paşinyan etiraf edib ki, əsir götürülməsi təsdiqlənən şəxslərin 90%-i rus sülhməramlılarının Qarabağa yerləşdirilməsindən sonra və onların məsuliyyət zonasında əsir düşüb.
O, bu məsələni Rusiya tərəfi qarşısında bir neçə dəfə qaldırdıqlarını bildirib:
"Mən şəxsən bunu Rusiya dövlət başçısı Vladimir Putin və rus sülhməramlı kontingentinin komandanlığı ilə müzakirə etmişəm".
Paşinyan həmçinin 10 noyabr kapitulyasiyasını imzaladıqdan bir ay sonra Çaylaqqalada əsir düşən ermənilər haqda da danışıb:
"Çaylaqqala ərazisi de-yure rus sülhməramlılarının nəzarəti altında olmalı idi. Ancaq dəyişiklik baş verdi. Yerləşdirmə mövqeləri xəritələr əsasında bir neçə dəfə yenidən işlənib".
Paşinyan Rusiya və beynəlxalq ictimaiyyətin erməni əsirlərin qayıtması üçün tədbirlər görəcəyinə əminliyini də qeyd edib:
"Azərbaycandakı əsirlər iki qrupa bölünür: Bakının təsdiqlədiyi əsirlər 38-dir. Ancaq əsir düşdüyü ehtimal edilən, Bakının təsdiqləmədiyi şəxslər də var. Erməni tərəfi onları "məcburi yoxa çıxan" hesab edir".
Qeyd edək ki, Ermənistan Baş naziri özü də əsir düşənlərin 90%-nin 10 noyabr bəyanatından sonra əsir götürüldüyünü təsdiqləyir. Bu isə o deməkdir ki, Bakıda mühakimə edilənlər hərbi əsirlər deyil, onlar atəşkəs imzalandıqdan sonra qanunsuz yollarla Azərbaycan ərazisinə keçənlər və qətliamlar, təxribatlar törədənlərdir.
Çaylaqqala və Köhnə Tağlarda DTX-nın əməliyyatı nəticəsində əsir götürülənlər isə 10 noyabr bəyanatından 16 gün sonra, 26 noyabrda Azərbaycan ərazisinə keçmiş və 4 nəfəri, o cümlədən bir mülki şəxsi ("Azərcell" əməkdaşını) qətlə yetirmişdilər. Azərbaycan ərazisində terrorla məşğul olan bu silahlı ermənilər 11 dekabrda DTX-nin əməliyyatı ilə əsir götürülmüşdülər.
Paşinyan həmçinin Çaylaqqala barədə danışarkən də ciddi etiraflar edir. O bildirir ki, bu ərazi rus sülhməramlılarının məsuliyyət zonasına düşməli idi. Dolayısı ilə etiraf edir ki, 10 noyabr bəyanatından sonra qanunsuz silahlı birləşmələr Azərbaycan ərazisinə keçib və onlar rusların himayəsi altında fəaliyyət göstəriblər. Ancaq Çaylaqqalanın Azərbaycanın nəzarətinə keçməsi nəticəsində qanunsuz silahlılar səir götürülüblər.
Bu, Paşinyanın rus sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində 10 noyabr bəyanatının maddələrinə zidd olaraq qanunsuz erməni silahlılarının fəaliyyət göstərdiyinin etirafıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)
-
Yeni Günəşlidə ilan göründü - (Video)





