Siyasət

Kiyevdəki səfirlik binamızın yaxınlığına raket düşdü - Elmira Axundovadan açıqlama

26 İyun 2022 17:52
Baxış: 1 012

Azərbaycanın Kiyevdəki səfirliyi yaxınlığında raket zərbəsi nəticəsində binanın divarlarında çatlar əmələ gəlib.

Bu barədə Trend-ə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deyib.

"Səfirliyimiz 60-cı illərdən qalma binada yerləşir. Bu bina keçmiş uşaq bağçasıdır. Sonra səfirliyimizin ehtiyaclarına uyğunlaşdırılıb. Artıq bir raket zərbəsi nəticəsində səfirliyin binasına ziyan dəymişdir. İki ay əvvəl bizdən uzaq olmayan yerdə çox güclü raket zərbəsi nəticədinə səfirliyin pəncərələri sındı. Ancaq indi zərbə daha da yaxın idi, daha da güclü bir zərbə dalğası oldu, bir neçə pəncərə sındı, divarlardakı çatlar daha da gənişləndi. Allaha şükürlər olsun ki, əməkdaşlarımız sağ-salamatdırlar", - deyə səfir bildirib.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics