Siyasət

Mehriban Əliyeva Avropa və Dünya çempionatlarının mükafatçılarını təbrik edib - FOTO

24 İyun 2022 18:36
Baxış: 1 079

Birinci vitse-prezident Mehriban Əliyeva Avropa və Dünya çempionatlarının mükafatçılarını təbrik edib.

Milli.Az-ın məlumatına görə, bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin Dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm! Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur! Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram!".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.