Siyasət

Türkiyə və Səudiyyə arasında yeni dövr

23 İyun 2022 07:45
0 Şərh     Baxış: 739

Ankara və Ər-Riyad ikitərəfli münasibətlərdə, o cümlədən siyasi, iqtisadi, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıqda yeni dövrə başlamaq əzmində olduqlarını vurğulayıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında Ankarada keçirilən danışıqların yekunu üzrə imzalanmış Birgə Bəyannamədə deyilir.

Sənədə əsasən, tərəflər regionun gələcəyinə töhfə vermək üçün tarixi qardaşlığa əsaslanan əməkdaşlığı inkişaf etdirmək və davam etdirmək əzmində olduqlarını vurğulayıblar.

Danışıqlar zamanı tərəflər, həmçinin ticarətin asanlaşdırılması, investisiya imkanlarının araşdırılması və onların konkret tərəfdaşlığa çevrilməsi məqsədilə əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Bundan əlavə, Səudiyyə Ərəbistanı Ər-Riyadın "EXPO-2030" sərgisinə ev sahibliyi etmək namizədliyini dəstəklədiyi üçün Türkiyəyə təşəkkür edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.