Azad edilmiş ərazilərlə bağlı Tədbirlər Planı təsdiqləndi
Nazirlər Kabineti "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə Tədbirlər Planı"nı təsdiq edib.
Bununla bağlı Nazirlər Kabinetinin 357s №-li Sərəncamına dair izahda deyilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" 2021-ci il 3 may tarixli 2620 nömrəli Sərəncamına əsasən qəbul edilmişdir.
Sərəncamla təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi üzrə dövlət və özəl təşkilatlar tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Həmin tədbirlər elektrik enerjisi və qaz təchizatı məqsədilə nəql və paylayıcı şəbəkələrin qurulmasını, Naxçıvandan keçməklə Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizinin yaradılmasını, bərpa olunan enerji mənbələrinin potensialının ölçülməsini, Xudafərin və Qız Qalası su elektrik stansiyalarının, habelə Cəbrayıl rayonunda günəş, Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyalarının tikintisini, yaşıl texnologiyaların tətbiqi istiqamətində damüstü günəş enerjisistemlərinin quraşdırılmasını, küçə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnologiyalarının tətbiqini, nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələrinin quraşdırılmasını və s. əhatə edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım edilib - FOTO
-
Əli Nağıyev MDB-nin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında iştirak edib
-
Azərbaycanla dostluq münasibətləri Cənubi Qafqazda sülhün əsasını təşkil edir - Gürcüstan Prezidenti
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Azərbaycandan tranzit keçməklə Ermənistana karbamid və un göndəriləcək
-
Zelenski Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Quru paxlava resepti
-
Neqativ fikirləri dayandırmaq üçün üç sual
-
"Hər an ağlaya bilərəm"
-
Dünyanın ən dadsız YEMƏKLƏRİ
-
Faydası qabığındadır
-
Ən etibarlı avtomobil markaları
-
“17 yaşımda striptiz-klubda işləyirdim” - FOTO
-
104 yaşlı anasını 105 min dollarlıq qızıl tabutda BASDIRDI - VİDEO
-
Putinin təyyarəsini görmək istəyənlər BAXSIN - VİDEO
-
İnşaatda yeni dövr başlayır: Poladdan yüngül, zəlzələyə və suya davamlı yeni material gəldi
-
Köçmək üçün ən yaxşı ölkələrin siyahısı açıqlandı: İsveçrə liderdir
-
Damağınızı dadlandıracaq praktik limon topları resepti
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
-
Günün qoroskopu: Bu gün intuisiyanız çox güclüdür
-
Türkiyədə qurban kəsimlərində minlərlə insan xəsarət alıb
-
Messinin 21 metrlik heykəli söküləcək
-
Otlaqda dincələrkən ilan başından sancdı
-
“Uzak şehir”in sezon finalı sızdırıldı - əsas qəhrəmanlar öləcək
-
Paşinyan Ermənistanla bağlı planlarını açıqlayıb
-
"Taşacak bu deniz"in aktyoru evləndi - FOTO
-
Futbolçu ailəsi ilə qəzaya düşdü - FOTO
-
Tacir Şahmalıoğlunun övladının toyudur - VİDEO
-
Razılıq əldə olundu! 70 milyon avroya nəhəng transfer baş tutur
-
Nəriman milliyə dəvət olundu - FOTO





