Siyasət

Ukraynalı hərbi jurnalist müharibədə həlak olub

11 İyun 2022 08:24
0 Şərh     Baxış: 579

Tanınmış ukraynalı hərbi jurnalist Oleksiy Çubaşev müharibədə həlak olub.

Milli.Az "Report"a istinadən bildirir ki,  bu barədə "Inform Napalm" layihəsinin sözçüsü Mixaylo Makaruk feysbukda yazıb.

Jurnalistin hansı şəraitdə və hansı döyüş bölgəsində öldüyü hələlik məlum deyil.

Qeyd edək ki, Oleksiy Çubaşev 2015-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Televiziya və Radio Studiyasında xidmətə başlayıb, Ukraynada ilk hərbi realiti-şousu olan "RekrutUA"nın müəllifi və aparıcısı olub. Ukrayna Silahlı Qüvvələrindən ayrıldıqdan sonra öz layihələrini hazırlayıb. Rusiya Ukraynaya hücumundan sonra o, silahlı qüvvələrin sıralarına qayıdıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.