Siyasət

Zelenski Putinə qarşı şəxsi sanksiyalar tətbiq etdi - SİYAHI

9 İyun 2022 21:12
0 Şərh     Baxış: 1 105

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə qarşı şəxsi sanksiyalar tətbiq edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin 400/2022 saylı fərmanının mətnində deyilir.

Məhdudiyyətlər altında Rusiya lideri ilə yanaşı, Dmitri Peskov, Mixail Mişustin və Sergey Şoyqu da daxil olmaqla daha 34 nəfər düşüb.

Sənəddə sanksiyaların qeyri-müəyyən müddətə tətbiq edildiyi bildirilir.

Rusiya hakimiyyətinin vəzifəli şəxslərinə aşağıdakı məhdudiyyətlər qoyulub:

aktivlərin və əmlakın bloklanması;
kapitalın Ukraynadan çıxarılmasının qarşısının alınması;
Ukrayna sərhədindən hər hansı bir şəkildə keçməyə, Ukraynanın ərazi sularına və hava məkanına daxil olmanın qadağan edilməsi;
qiymətli kağızlarla əməliyyatların qadağan edilməsi;
vizaların verilməsindən imtina;
Ukraynanın dövlət mükafatlarından məhrum edilməsi;
Ukrayna radiotezliklərinin istifadəsinə qadağa;
Ukraynada əmlakın özəlləşdirilməsinə və icarəyə verilməsinə qadağa;
elektron rabitə xidmətlərinin göstərilməsinin dayandırılması;
texnologiyanın ötürülməsinə qadağa;
torpaq mülkiyyətinə qadağa qoyulması və s.
Ümumilikdə Rusiya hakimiyyətinin nümayəndəsi olan 35 nəfər sanksiya siyahısına daxil edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory