Siyasət

Estoniya Prezidenti 7 naziri vəzifəsindən azad edib

4 İyun 2022 08:40
0 Şərh     Baxış: 864

Estoniya Prezidenti Alar Karis Mərkəz Partiyanın üzvü olan 7 naziri, o cümlədən xarici və daxili işlər nazirlərini vəzifəsindən azad edib.

Milli.Az "Report"a istinadən bildirir ki, dövlət başçısına müvafiq təqdimatı Baş nazir Kaya Kallas edib.

"Avropadakı təhlükəsizlik vəziyyəti mənə daxili fikir ayrılıqları qarşısında Estoniyanın maraqlarını öz partiyasının maraqlarından üstün tuta bilməyən Mərkəz Partiyası ilə əməkdaşlığı davam etdirmək imkanı vermir", - Kallas bildirib.

Hakim koalisiyada ixtilafın səbəbi iyunun 1-də parlamentdə mərkəzçilərin hökumətin konsensusla təsdiq etdiyi eston dilində ibtidai təhsil haqqında qanun layihəsinə qarşı səs verməsi olub.

Baş nazir sağ mərkəzçi İsamaa Partiyası və Sosial Demokrat Partiyasını yeni Nazirlər Kabinetinin formalaşdırılması ilə bağlı danışıqlara başlamağa dəvət edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.