İşğaldan azad edilmiş ərazilərlə bağlı YENİ PLANLAR
BƏƏ kapitallı şirkət olan "Expert Services FZE" MMAZM tərəfindən Ağdam Sənaye Parkının 1,2 hektarında ağır texnikaya texniki xidmət mərkəzinin təşkili layihəsi həyata keçiriləcək.
Bunu Trend-ə müsahibəsində İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev deyib.
Onun sözlərinə görə, Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları gələcəkdə bölgənin sənaye potensialının inkişaf etdirilməsində və doğma yurd-yuvasına qayıdacaq soydaşlarımızın işlə təmin edilməsində mühüm rol oynayacaqlar.
"2021-ci ilin 28 mayında dövlət başçısının Fərmanı ilə 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkında işlər mərhələli şəkildə və plana uyğun olaraq həyata keçirilir. Sənaye Parkının ərazisi tam olaraq minalardan və partlamamış sursatlardan təmizlənib, mobil tipli şəhərcik yaradılıb. Mobil şəhərcikdə rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana təşkil edilib, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb", - deyə E.Nuriyev bildirib.
Agentliyin İdarə Heyətinin sədri qeyd edib ki, hazırda parkın 9 rezidenti var və bu rezidentlər tərəfindən Sənaye Parkına 50 milyon manatdan çox investisiyanın yatırılması və 1000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
"Rezidentlər müxtəlif çeşiddə sintetik xalçaların, prefabrik dəmir-beton məmulatların, alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların, polimer məhsulların, uniforma, xüsusi və fərdi geyimlərin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, dam örtüklərinin, metal məmulatların istehsalı və ağır texnikaya texniki xidmət mərkəzinin təşkili layihələri həyata keçiriləcək. Yaxın günlərdə Sənaye Parkında infrastrukturun qurulması işlərinə başlanılacaq", - deyə E.Nuriyev bildirib.
Onun sözlərinə görə, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının hazırda bir rezidenti var.
"2021-ci ilin 4 oktyabrında yaradılan "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Parkın ərazisi minalardan tam təmizlənib. Hazırda Sənaye Parkında rezidentlər üçün mobil tipli şəhərciyin qurulması istiqamətində işlər görülür, işlərin yaxın müddətdə yekunlaşdırılması planlaşdırılır. Parka sahibkarlar tərəfindən maraq böyükdür və Sənaye Parkının rezidenti olmaq üçün İqtisadi Zonaların İnkişafı Agentliyinə bir çox layihələr təqdim edilib, bu layihələr hazırda Agentlikdə dəyərləndirilir", - deyə E.Nuriyev əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
XƏBƏR LENTİ
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)





