Sülh gündəliyinə ZƏRBƏ vurmaq planı - İrəvanın Rusiyadan İSTƏYİ ...
"2021-ci ilin dekabrın 14-də Avropanın siyasi mərkəzi hesab olunan Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında keçirilmiş görüşdən sonra, 2022-ci ilin aprelin 6-da və mayın 22-də çox məhsuyldar görüşlər keçirildi".
Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, sülh gündəliyi planlaşdırılmış qaydada icra olunur və hazırki dövrdə ona zərbə vurmaq mümkün deyil:
"Brüssel sülh gündəliyi effektiv şəkildə icra olunur. Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də keçirilmiş görüşdən sonra dərhal komissiyaların yaradılması ilə bağlı müvafiq sərəncam imzaladılar. Və xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan tərəfi bi komissiyanın tərkibini bir müddət öncə formalaşdırmışdı və görüşün keçirilməsinə ümid edirdi, lakin bütün razılıqlar təəssüflər olsun ki, Ermənistan tərəfindən pozulurdu.
Əvvəlcə sərhədlərarası komissiyanın çağırılması aprelin sonuna vəd olunmuşdu, daha sonra mayın ortasında bu cür komissiyanın çağırılması ilə bağlı ehtimallar var idi. Lakin biz görürük ki, mayın 22-də keçirilmiş siyasi danışıqlardan sonra həm komissiyanın tərkibi formalaşdırıldı, həm də komissiyanın sədrləri - Azərbaycan tərəfindən baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfindən də baş nazirin müavini Mqer Qriqoryan arasında görüş keçirildi.
Bu görüşün keçirilməsi siyasi danışıqların öz nəticəyönümlülüyünə görə seçilməsi ilə fərqlənir, eyni zamanda maraqlıdır ki, hər hansısa vasitəçi olmadan Azərbaycan-Ermənistan sərhəddində görüşün keçirilməsi siyasi atmosferin yüksək səviyyədə olmasından xəbər verir və Brüssel formatının səmərələliyini də nümayiş etdirir. Növbəti görüşün Moskvada, daha sonra isə Brüsseldə keçirilməsi planlaşdırılır və belə demək mümkündürsə, Rusiya ilə Avropa İttifaqı arasında olan siyasi nizamlanma və ardıcıllıq da mütləq şəkildə qorunur.
Eyni zamanda diqqət çəkən məqam ondan ibarətdir ki, 2021-ci ilin yanvar ayında Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış bəyanat əsasında formalaşdırılan iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması ilə bağlı işçi qrupunun rəhbərləri həm də delimitasiya prosesinə rəhbərlik edirlər. Burada bir nizamın, kordinasiyanın olması da ön plana çıxır. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasını delimitasiya prosesindəmn kənarda təsəvvür etmək mümkün deyil. Delimitasiya prosesini də kommunikasiya xəttlərinin açılması konteksində yalnız dəyərləndirmək olar. Bu baxımdan bir tənzimləmənin olduğunu müşahidə edirik.
Bütün bu proseslər ümumilikdə sülh prosesinə doğru irəliləyir. Əvvəlcə müəyyən suallar var idi ki, bu proses hansı ardıcıllıqla icra olunacaq. İqtisadi və nəqliyyat əlaqələrinin bərpası, sülh müqaviləsi və delimitasiya prosesinin haradan başlayıb, harada qurtaracağı ilə bağlı suallar hamını düşündürürdü. Hazırda isə bu prosesin bir ardıcıllığının olduğunu müşahidə edirik. Güc mərkəzləri regionda öz varlığını və nüfuzunu qorumaq üçün də bir mübarizədədirlər. Lakin tərəflər onların da maraqlarını nəzərə alaraq sülh prosesində iştirak edirlər.
Eyni zamanda Rusiya da burada öz mövcudluğunu qorumaq üçün müxtəlif addımlar atır, reveranslar edir. Eyni zamanda biz Brüsseldə keçirilən görüşləri də mütləq şəkildə öz nəticəliliyi ilə qiymətləndirməliyik. Mayın 22-də keçirilən görüşün nəticələrinin olması da onu deməyə əsas verir ki, Ermənistanın daxilində olan Rusiyayönümlü müxalifətin hansı fikirdə olmasından, hansı siyasi bəyanatlar səsləndirməsindən asılı olmayaraq sülh gündəliyi planlaşdırılmış qaydada icra olunur və ona zərbə vurmaq hazırki dövrdə mümkün deyil".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
XİN gəmidə yaralanan azərbaycanlıların vəziyyətini AÇIQLADI
-
Köçəryan Paşinyanı hədələdi
-
Paşinyan Bakıya gələcək - Özü AÇIQLADI
-
XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama
-
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
-
CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik - MEDİA
XƏBƏR LENTİ
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür
-
İlkin rəsmi nəticələr açıqlandı - YENİLƏNİB
-
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
-
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
-
13 yaşlı oğlu Azərbaycan pasportu aldı
-
İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var
-
Danimarka - Ukrayna matçı dayandırıldı - faciəvi səbəb
-
Ermənistanda seçici fəallığı ilə bağlı statistika açıqlandı
-
Paşinyanı ilk o, təbrik etdi - FOTO
-
Aylardır ki, oğlunun qəbrinin yanında yatır - FOTOLAR
-
“Ondan incidim, dedim ki, Yuri Qusman məni o boyda rollara çəkir, amma sən...”
-
Perez yenidən "Real Madrid"in prezidenti seçildi
-
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
-
General-polkovnik şəhid övladları ilə bir arada: Çövkən üzrə Dünya Çempionatı başladı - FOTO
-
“Neftçi” bu legionerlə yollarını ayırdı
-
Klassik və sürət avtomobillərinin festivalı başa çatıb - VİDEO - FOTO
-
"Barselona" Yamala şərt qoydu
-
Azərbaycanlı şagird “WhatsApp”a bənzər tətbiq yaratdı
-
Millimiz dünya çempionatının yarımfinalında məğlub olub
-
İran millisindən yekun qərar - ABŞ-də qalmaq olmayacaq
-
İrəvanda saxlanılanların sayı artdı
-
Süni intellekt 1,3 milyard insan susuz qoya bilər
-
Ermənistan prezidenti səs verdi





