Siyasət

İşğalın izlərini silmək vəzifəmizdir! - Fuad Oqtay

28 May 2022 08:44
0 Şərh     Baxış: 437

Ötən il prezidentlərimizin imzaladığı "Şuşa Bəyannaməsi" ilə əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırmaq iradəmizi qətiyyətlə təsdiqlədi. Qarabağda Azərbaycan bayrağının dalğalandığı hər bir nöqtədə işğal illərinin izlərini silməyi, dağıntıları aradan qaldırmağı və bölgəni şərəfli illərinə qaytarmağı özümüzə başlıca vəzifə bilirik.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay deyib.

"Bütün aidiyyəti qurumlarımız işğaldan azad edilmiş ərazilərin müasir şərtlərə uyğun yenidən qurulması, zədələnmiş infrastrukturun və yolların bərpası, rabitə və enerji xətlərinin yenilənməsi, hərbi-təhlükəsizlik sahəsində əməkdaşlıq üçün azərbaycanlı qardaşlarımızın yanındadır.

Xoşbəxtik ki, Heydər Əliyevdən miras qalan "bir millət, iki dövlət" anlayışına uyğun olaraq qardaşlığımızın tələblərini yerinə yetiririk. Bu dostluqdan aldığımız güclə bütün dünyaya bir daha bəyan edirik ki, biz tək millət olaraq gələcəyə ümidlə baxırıq və bir-birimizdən güclənərək gələcəyi birlikdə formalaşdırırıq", - Türkiyənin Vitse-prezidenti əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.