Siyasət

Prezident və Birinci xanım Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər - FOTO

26 May 2022 12:50
Baxış: 851

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı və Birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və "Azərenerji" ASC-nin 330/110 kV-luq "Cəbrayıl" enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər.

Sonra Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna gəldilər.

Dövlətimizin başçısı və Birinci xanım Zəngilan Beynəlxalq Hava Limanının və "Paşa Holding" MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidinin tikinti işləri ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Daha sonra Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.