Siyasət

Zelenski hiddətləndi: "Güzəştə get" deyənlər...

26 May 2022 08:44
0 Şərh     Baxış: 1 110

Ukrayna Prezidenti Vladimir Zelenski bəzi Qərb siyasətçilərinin Kiyevin Rusiyaya müəyyən güzəştə getməsi gərəkdiyi ilə bağlı fikirlərinə sərt cavab verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Prezident təcavüzkar dövlətin maraqlarının nəzərə alınması ilə bağlı irəli sürülən təkliflərdən hiddətlənib.

"Ukraynaya atılan minlərlə raket, on minlərlə öldürülən ukraynalı, Buça və Mariupol, şəhərlərin dağıdılması, həmçinin Rusiyanın işgəncə düşərgələrinə baxmayaraq... Rusiya bunların hamısını Avropada etdi. Lakin istənilən halda hörmətli Kissincer kimi biri Davosda tarixin dərinliyindən çıxır və deyir ki, ölkənin bir hissəsini Rusiyaya verək. Belə bir hiss var ki, cənab Kissincer 2022-ci ildə deyil, 1938-ci ildə yaşayır. O, elə düşünürdü ki, Davosda deyil, Münhendə danışır", - deyə Zelenski bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.