Prezident Administrasiyasında Gələcək Azərbaycan Partiyasının sədri ilə görüş keçirilib
Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu arasında görüş keçirilib.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə şöbə müdiri ölkəmizdə siyasi dialoq mədəniyyətinin və cəmiyyətin inkişafı naminə həyata keçirilən iqtidar-müxalifət əməkdaşlığının keçmişi, bu günü və perspektivlərindən söz açıb, siyasi tariximizin zənginləşməsində, dövlətçiliyimizin möhkəmlənməsində siyasi partiyaların rolunun önəmli olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi islahatlar nəticəsində siyasi partiyaların fəaliyyəti üçün geniş zəmin yaradıldığı, həmçinin siyasi partiyaların qərargahla təmin olunması, qurultaylarının nəticələrinin dövlət qeydiyyatına alınması, fəaliyyətlərinin legitimləşdirilməsi, ölkədə fəaliyyət göstərən dövlət və özəl media resurslarına maneəsiz çıxış imkanlarının yaradılması, ölkədə milli və siyasi həmrəyliyin təmin olunması, yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması və digər məsələlər yeni siyasi konfiqurasiyanın əsas konturları kimi qeyd olunub. Şöbə müdiri, həmçinin əksər siyasi partiyaların sağlam iqtidar-müxalifət dialoqunun və çoxpartiyalı siyasi sistemin inkişafına öz töhfəsini verdiklərini qeyd edib.
Prezident İlham Əliyevin "indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq olmadan həyata keçirilə bilməz...Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır" fikirlərinin real nəticələr verdiyinə diqqət çəkən Ədalət Vəliyev bu prosesdə Gələcək Azərbaycan Partiyasının fəal iştirak edəcəyinə əminliyini bildirib.
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu öz növbəsində ölkəmizdə aparılan siyasi dialoqu və dialoq çərçivəsində görülmüş işləri yüksək qiymətləndirib, ölkəmizin rifahını və dövlətimizin güclənməsini istəməyən azsaylı radikal şəxslərin arzuolunmaz fəaliyyətindən bəhs edib. Uğurlu xarici siyasət nəticəsində Azərbaycanın dünyanın ən fərqli geosiyasi qütbləri ilə münasibətlərini qoruduğu, beynəlxalq güc mərkəzlərindən gələn təzyiqləri neytrallaşdırdığı və bütün bunların nəticəsində sabitliyin hökm sürdüyü əməkdaşlıq məkanına çevrildiyi qeyd olunub. Bildirilib ki, bu gün ölkəmizdə siyasi baxışlarından asılı olmayaraq, dövlətimizin güclənməsini, xalqımızın sosial rifahının daha da yaxşılaşmasını istəyən hər bir vətənpərvər şəxs Azərbaycanın uğurlarına sevinməli, bu uğurların davamlı olması üçün özü də əlindən gələni əsirgəməməlidir. Bu işdə Gələcək Azərbaycan Partiyası da öz köməyini göstərməyə daim hazırdır.
Sonda tərəflər konstruktiv əməkdaşlığın əhəmiyyətini nəzərə alaraq, bu işi sistemli şəkildə davam etdirmək barədə fikir mübadiləsi aparıblar. Mayın 22-də Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilmiş görüş yüksək qiymətləndirilib, iki ölkə arasında sərhədin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılmasını regionda sülhün və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayacağı bildirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
XƏBƏR LENTİ
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Yasamal və Babəkdə işıq olmayacaq - Yenilənib
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)
-
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb - Yenilənib
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq





