Siyasət

Jirinovskinin oğlu adını dəyişərək İspaniyaya köçməyə hazırlaşır - FOTO

24 May 2022 07:08
0 Şərh     Baxış: 908

Rusiyanın aprelin 4-də vəfat edən siyasətçisi Vladimir Jirinovskinin böyük oğlu və Dövlət Dumasının keçmiş vitse-spikeri İqor Lebedev adını, soyadını və ata adını tamamilə dəyişib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Baza" teleqram kanalı məlumat yayıb. Bildirilir ki, indi onun adı David Aleksandroviç Qarsiyadır.

Ad dəyişikliyi 2021-ci ilin yayında baş verib, sonra o, Rusiya siyasətindən və LDPR partiyasından həmişəlik ayrıldığını elan edib.

"Bu qərarın səbəbi hələ 2014-cü ildə Avropa İttifaqının Jirinovskinin oğluna tətbiq etdiyi sanksiyalar ola bilər. Həmin andan keçmiş deputat ailə üzvlərinin çoxlu daşınmaz əmlaka malik olduğu Avropaya getmək imkanını itirib", - məlumatda deyilir.

Ukraynalı jurnalist Denis Kazanskinin sözlərinə görə, Jirinovskinin oğlu İspaniyaya köçməyə hazırlaşır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.