Siyasət

Tacikistanda etirazların təşkilatçısı öldürüldü

22 May 2022 20:53
0 Şərh     Baxış: 1 002

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi Xoroq şəhərindəki etirazların təşkilində günahlandırılan Məmədbokir Məmədbokirov öldürülüb.

Bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.

Onun mütəşəkkil cinayətkar qruplaşmanın lideri olduğu bildirilib.

"Məmmədbokirov daxili kriminal çəkişmələr nəticəsində öldürülüb", - məlumatda qeyd edilib.

Xatırladaq ki, sözügedən şəxs Xoroqda iğtişaşların təşkilində, hökumət əleyhinə mitinqlərdə və Tacikistanı Çinlə birləşdirən Xoroq-Kulma beynəlxalq magistral yolunu bağlamaqda ittiham olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.