Türkiyə və Azərbaycan prezidentləri bir daha sarsılmaz birlik nümunəsi göstərdilər - Sahil Kərimli
Prezident İlham Əliyevin Rizə-Artvin Beynəlxalq Hava Limanının açılışına qatılması, möhtəşəm tədbirdəki çıxışının böyük coşqu ilə qarşılanması bütün türk dünyasına səs saldı. Türkiyə və Azərbaycan bir daha dünyaya qardaşlıq, dostluq və müttəfiqlik nümunəsi göstərdi. Hər birimizin qürurla izlədiyimiz bu izdihamlı tədbirin təəssüratları hələ uzun müddət yaddaşlardan silinməyəcək.
Bu fikirləri Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib. S.Kərimli əlavə edib ki, Türkiyə və Azərbaycan liderlərinin səmimi qardaşlıq münasibətləri ölkələrimiz arasında əalqələri daha da dərinləşdirir, əbədi edir:
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev dünyada bənzəri olmayan dostluq sərgiləyirlər. Əlbəttə ki, bu amil iki qardaş ölkəni daha sıx birləşdirir, münasibətləri zirvəyə qaldırır. Bütün dünyanın diqqət mərkəzində olan açılış mərasimi bir daha göstərdi ki, Türkiyənin uğuru həm də Azərbaycanın uğurudur. Ölkələrimizdə reallaşdırılan hər bir layihə, əldə edilən hər bir uğur eyni ilə xalqlarımız tərəfindən də böyük məmnunluq və əvəzsiz sevinc hissi ilə qarşılanır".
S.Kərimli həmçinin qeyd edib ki, istər Türkiyənin, istərsə də Azərbaycanın sürətlə həyata keçirdiyi ən müasir infrastruktur layihələri inkişafın və tərəqqinin, eyni zamanda güclü siyasi iradənin göstəricisidir: "Dünyada siyasi təlatümlərin, iqtisadi tənəzzülün, hərbi münaqişlərin baş verdiyi bir zamanda Türkiyə və Azərbaycanın durmadan inkişaf etməsi, nəhəng layihələr üzərində işləməsi həqiqətən də qürurvericidir. Belə bir çətin situasiyada ölkəsini inkişafa aparmağa yalnız Ərdoğan və Əliyev kimi güclü, qətiyyətli lider nail ola bilər".
"Azərbaycan dövləti hazırda heç bir yardım və dəstək olmadan işğaldan azad edilmiş ərazilərin sürətli bərpasını həyata keçirir. Bu proses də dünyanı yaxşı mənada heyrətləndirir. Sözsüz ki, Qarabağın sıfırdan qurulması işində qardaş Türkiyə şirkətləri də yaxından iştirak edir. Türkiyə və Azərbaycan bu mənada da sarsılmaz birlik nümayiş etdirir" deyə S.Kərimli əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi





