Siyasət

Təhlükə Xarkovdan sovuşur - Bu istiqamətdə isə hücum gözlənilir

16 May 2022 21:06
0 Şərh     Baxış: 901

Rusiya işğalçıları Xarkov vilayətinə atəşin intensivliyini əhəmiyyətli dərəcədə azaldıblar.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sınaqubov məlumat verib.

"Rusiya işğalçıları Silahlı Qüvvələrimizin sayəsində Xarkovun atəşə tutulmasının intensivliyini xeyli azaldıblar. Bununla belə, dinc əhali üçün təhlükə hələ də qalmaqdadır. Dünən gecə təcavüzkarlar Xarkovun Şevçenkivski rayonu və Saltivkanı vurub. Dörd nəfər yaralanıb", - Sınaqubov bildirib.

Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri Xarkovda öz mövqelərini saxlamaqda və uğurlu əks-hücum həyata keçirməkdə davam edirlər:

"Ukrayna Silahlı Qüvvələrinin qoşunları Xarkov vilayətinin şimalında dövlət sərhədinə çatıb".

Sınaqubov qeyd edib ki, Rusiya qüvvələrinin böyük hissəsini öz mövqelərini qorumağa yönəltməyə çalışır və İzyumda hücuma hazırlaşır:

"İşğalçılar bütün addımlarına görə müdafiəçilərimizdən layiqli cavab alacaqlar".

Bundan əvvəl Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko açıqlamışdı ki, Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində davam edən əks-hücum əməliyyatı dayandırılmayacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.