Siyasət

Ukraynada Avdiyevka zavodu atəşə tutulub, 10 nəfər ölüb

3 May 2022 23:32
0 Şərh     Baxış: 1 199

Rus qoşunları Avdiyevka koks zavodunu atəşə tutub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının sədri Pavel Kirilenko "Facebook" səhifəsində məlumat verib.

Məlumata görə, azı 10 nəfər həlak olub.

Hərbi Administrasiyasının sədrinin paylaşımına görə ölənlərinsayı arta bilər.

Pavel Kirilenkonun sözlərinə görə,hadisə işçilər növbələrini təzəcə başa vurduqları zaman baş verib.

Zərbələr zamanı onlar dayanacaqda zavoddan evlərinə aparmalı olan avtobus gözləyirdilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.