Siyasət

ABŞ NATO-nun Avropadakı qüvvələrinə yeni komandan təyin edib

3 May 2022 22:04
0 Şərh     Baxış: 888

ABŞ Prezidenti Cozef Bayden NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinə yeni komandan təyin edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə alyansın rəsmi açıqlamasında deyilir.

Yeni komandan general Kristofer Kavoli 3 il Avropada NATO qüvvələrinə rəhbərlik etmiş ABŞ Hərbi Hava Qüvvələrinin generalı Todd Uoltersi əvəz edəcək. Kavoli hazırda ABŞ-ın Avropa və Afrikadakı quru qoşunlarının komandanıdır.

Bundan əvvəl bildirilib ki, Birləşmiş Ştatlar Ukraynadakı münaqişə bitdikdən sonra da Avropadakı qoşunlarının sayını artıra bilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.