Siyasət

Polşanın Ukraynaya öz tanklarını verməsi təsdiqləndi

26 Aprel 2022 08:24
0 Şərh     Baxış: 837

Polşanın Baş naziri Mateuş Moravietski ölkəsinin öz tanklarını Ukraynaya təhvil verdiyini və bunun müqabilində Britaniyadan texnika aldığını təsdiqləyib. Lakin Moravietski bu hərbi yardımın təfərrüatlarını açıqlamaqdan imtina edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Moravietskidən Böyük Britaniyanın Baş naziri Boris Consonun Polşanın Ukraynaya tanklar göndərməsi və bunun müqabilində Britaniya texnikası alması ilə bağlı açıqlamasının doğru olub-olmaması soruşulub.

"Bəli" - deyə Polşanın Baş naziri cavab verib.

Eyni zamanda, Moravietski Ukrayna ordusuna verilən tankların sayı ilə bağlı suala cavab verməkdən imtina edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.