Siyasət

Bayden “soyqırım” dedi, Çavuşoğlunun cavabı gecikmədi: “Sən ikiüzlüsən…”

24 Aprel 2022 19:21
0 Şərh     Baxış: 2 842

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Co Baydenin 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələrlə bağlı açıqlamalarını tənqid edib.

O, bu barədə tvitter hesabında yazıb.

"Bəzi Qərb liderləri son günlər "soyqırım" sözünün yalnız məhkəmə qərarından sonra istifadə oluna biləcəyini iddia edirlər. Bu doğrudur! Lakin həmin şəxslərin siyasi motivləri rəhbər tutaraq 1915-ci il hadisələri ilə bağlı məhkəmə qərarı olmadan "soyqırım" sözünü işlətməsi onların ikiüzlülüyünün ən bariz nümunəsidir", - deyə Çavuşoğlu qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.