Siyasət

Mariupolda daha bir kütləvi məzarlıq aşkar edilib

23 Aprel 2022 08:14
0 Şərh     Baxış: 655

Mariupolun Vinoqradnoe kəndində daha bir kütləvi məzarlıq aşkar edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Bu barədə Mariupol Şəhər Şurasının məlumatında deyilir. Bildirilir ki, məzarlıqda 1000-dən çox sakin basdırılıb:

"20 aprel tarixli peyk şəkillərində kütləvi məzarlığın ölçüsü 45x25 metrdir. Burada rəşistlər tərəfindən öldürülən ən azı 1000 Mariupol sakinin basdırıldığı ehtimal olunur".

Xatırladaq ki, Mariupol yaxınlığındakı Manquş kəndində  başqa bir kütləvi məzarlıqda 3 mindən 9 minə qədər Mariupol sakininin basdırıldığı güman edilir.

Qeyri-dəqiq hesablamalara görə, Mariupolda rus ordusu tərəfindən öldürülənlərin ümumi sayı 22 min nəfərdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory